2019cu ilin aprelində Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək


Digərləri 19 Noy 2018 11:58:00 330 0

2019cu ilin aprelində Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransı Bakıda keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu barədə konfrans təşkilatçıları Azərbaycan prezidentinə müraciət edib: "Cənab prezident bu konfransın keçirilməsinə razılıq verib. 2019-cu il aprelin 16-18-də konfransın Bakıda keçirilməsi qərara alınıb. Artıq bununla bağlı təşkilat komitəsi də yaradılıb. Tədbirdə 120 dövlətdən 500-ə qədər nümayəndə olacaq. Tədbirdə bəzi ölkələrin başçıları da iştirak edəcək".