BDUda vəziyyət necədir?


Digərləri 19 Noy 2018 11:27:00 241 0

BDUda vəziyyət necədir?

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.

Son.az xəbər verir ki, universitetin mətbuat katibi Pərvanə İbrahimova qafqazinfo-ya açıqlamasında məlumatı təkzib edib: "Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir".

Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.