“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 19 Noy 2018 10:32:40 230 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında son bir həftədir dolların aparıcı valyutalara nisbətən qiymətləri 1%-dən çox ucuzlaşıb. Buna səbəb Amerika iqtisadiyyatında inkişaf dinamikasının zəifləyə biləcəyi ehtimallarıdır. Nəticədə EUR/USD məzənnəsi də yenidən bahalaşaraq, 1.14$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsəsan qiymət 1.1421$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.1446 və 1.1500$-a kimi də bahalaşa bilər. Lakin bununla yanaşı, Avropa da siyasi və iqtisadi risklər diqqət mərkəzində saxlanılmalıdır və avroya olan təzyiqlər yenidən arta bilər. GBP GBP/USD məzənnəsində isə bahalaşma güclü olmayıb və 1.28$-a ticarət edilməkdədir. Qiymət 1.2850$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, bahalaşma 1.2950$-a kimi sürətlənə bilər. İngiltərə höküməti Avropa Birliyi ilə Breksit danışıqlarında kifayət qədər effektiv olmadığı ittihamı ilə təzyiq altındadır. Bu, ölkədə siyasi və iqtisadi riskləri də aktual saxlayır.