Vaqif Əsədov: Piyadaların sürücülərin hərəkətinə mane olduğunu desəm, yəqin ki, yanılmaram


Digərləri 19 Noy 2018 07:31:10 270 0

Vaqif Əsədov: Piyadaların sürücülərin hərəkətinə mane olduğunu desəm, yəqin ki, yanılmaram

Dəfələrlə tərəfimizdən təbliğat aparılmasına baxmayaraq piyada zolağı ilə avtomobil yolunun kəsişməsində yenə də problemlər mövcuddur.

Bakı. Elçin Mehdiyev - Dəfələrlə tərəfimizdən təbliğat aparılmasına baxmayaraq, piyada zolağı ilə avtomobil yolunun kəsişməsində yenə də problemlər mövcuddur. Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, məhz bu faktların qarşısını almaq üçün 70-dən artıq piyada zolağı ilə avtomobil yolunun kəsişməsində nəzarət postları yaradılıb. Burada yol polisi əməkdaşları keçmə növbəliyini təmin edir. Bölmə rəisi piyadaları da diqqətli olmağa çağırıb: "Piyadalar yolun bir tərəfindən digər tərəfinə keçərkən avtomobillərin hərəkətinə diqqət etməli, tam dayandığına əmin olduqdan hərəkətə başlamalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətinə nəzər yetirməlidir. Piyadalara yolu tək-tək deyil, qrup halında keçməyi tövsiyə edirik, çünki tək-tək keçmə vaxt itkisinə və süni sıxlığın yaranmasına səbəb olur".