ABŞda propan daşıyan qatar relsdən çıxıb


Dünya 19 Noy 2018 07:28:00 230 0

ABŞda propan daşıyan qatar relsdən çıxıb

ABŞ-ın Corciya ştatının Bayromvil şəhərində propan daşıyan qatarın vaqonları relsdən çıxıb.

Trend-in "WMAZ-TV" telekanalına istinadən verdiyi məlumata əsasən, vaqonlar relsdən çıxaraq körpüdən aşağı düşüb, yerli hakimiyyət şəhər əhalisini təxliyə etmək qərarına gəlib.

2 lokomotiv, 72 yüklü və 69 boş vaqondan ibarət qatar şosse üzərindən keçən körpü ilə hərəkət edirdi. Həmin anda 15-30 vaqon relsdən çıxaraq yol üzərində aşıb.