Tanınmış rəssam 7 ildir ərzağa pul xərcləmir:


Digərləri 18 Noy 2018 23:10:00 286 0

Tanınmış rəssam 7 ildir ərzağa pul xərcləmir:

Finlandiyalı rəssam Nadja Andersson 2011-ci ildən bəri qida ehtiyacını ərzaq satış mağazalarının zibil yüklərinə atdıqları ərzaq və içkilərdən qarşılayır.

Son.az moderator.az-a istinadən bildirir ki, Helsinkidə  yaşayan 26 yaşlı Andersson 2011-ci ildən etibarən Helsinkidə yerləşən ərzaq satış mağazalarının zibil yüklərinə gedərək ərzaq tələbatını zibillikdən qarşıladığını deyir.

Anderssonda ərzaq ehtiyacını zibillikdən qarşılama düşüncəsi 19 yaşında ikən Norveçdə yay tətilində bir restoranda işlədiyi zaman normal yeməklərin zibilə atıldığını görəndə ortaya çıxıb. İş qurtaran kimi zibilliyə atılan yeməkləri alıb evə apardığını deyən Andersson "Bu mağaza və restoranların olduqca yaxşı və təzə ərzaqları zibilə atdıqlarının başa düşməyimə səbəb oldu" deyir.