Afinada tələbələr ayağa qalxdı: 20 nəfər saxlanıldı


Dünya 18 Noy 2018 23:02:00 257 0

Afinada tələbələr ayağa qalxdı: 20 nəfər saxlanıldı

Dünən Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu şəhərlərində baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və molotov kokteyli atıb, polis isə sis bombalarından istifadə edib.

Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.