Bu ölkə məktəblərdə baş örtüyünü


Digərləri 18 Noy 2018 22:54:00 240 0

Bu ölkə məktəblərdə baş örtüyünü

Avstriyada koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq (ÖVP) və Avstriya Azadlıq (FPÖ) partiyaları ibtidai məktəblərdə baş örtüyünü qadağan etmək niyyətindədir. Bu məqsədlə yaxın günlərdə ölkə parlamentində müvafiq təşəbbüs ərizəsi təqdim ediləcək.

Son.az axar.az-a istinadən bildirir ki, Avstriya Azadlıq Partiyasının rəhbəri, ölkənin vitse-kansleri Haynts-Kristian Ştraxe "Österreich" qəzetinə müsahibəsində bu qadağanın, ilk növbədə, azyaşlı qızların müdafiəsinə xidmət edəcəyini bildirib. O, uşaq bağçalarında müvafiq qadağanın qəbulundan sonra növbəti addım kimi ibtidai məktəblərdə bu məqsədə nail olunmasına çalışdıqlarını bildirib. Vitse-kansler parlamentdəki digər partiyaları bu təşəbbüsü dəstəkləmə çağırıb. Onun sözlərinə görə, 10 yaşadək qızları əhatə edəcək qadağa gələcəkdə daha yuxarı yaş qruplarına da tətbiq oluna bilər.

Məktəb təhsili haqqında qanuna dəyişikliyi nəzərdə tutan təşəbbüs parlamentdə üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Ona görə müxalifət partiyalarının da bu təşəbbüsü dəstəkləməsi lazım olacaq.