İmam Əlinin (ə) zəngin insana tövsiyəsi


Digərləri 18 Noy 2018 22:40:00 239 0

İmam Əlinin (ə) zəngin insana tövsiyəsi

"Nəhcul-bəlağə"də oxuyuruq ki, Əmirəl-möminin (ə) hökumət etdiyi zamanda Əla ibni Ziyanı görməyə gedir. O, zəngin bir insan idi. Ömərin xəlifə olduğu zamandan Bəhreynə hökumətlik edirdi. İkinci xəlifənin qulağına çatır ki, onun əmirləri beytul-malı qarət edirlər. Ona görə də bir gün onları Mədinəyə çağırır və onlardan biri də Əla ibni Ziya idi. O, yaxşı bilirdi ki, ikinci xəlifə kasıb görünən insanlara daha çox diqqət göstərir. Ona görə də nimdaş bir paltar geyinir və xəlifənin yanına gəlir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, o xəstə olan zaman İmam Əli (ə) onun ziyarətinə gedir və görür ki, geniş evə malikdir. Həzrət (ə) buyurur: "Bu geniş sarayı dünyada nə edirsən? Sən ona axirətdə daha çox möhtacsan. Əgər bu sarayla axirətdə rahatlığa çatmaq istəyirsənsə, evinin qapısını açıq qoy və qonağı əziz tut. Qohumların və yaxınlarınla onda sileyi-rəhm et. Bu evin dini haqqını ehtiyacı olanlara ver ki, əgər belə etsən, cavidan saraya çatarsan".