Allah həm də günahkarların Allahıdır!


Digərləri 18 Noy 2018 19:40:00 213 0

Allah həm də günahkarların Allahıdır!

Quran və dini mətnlər insanın ən mühüm vəzifəsinin Allahı tanımaq olduğunu bildirir. Təbii ki, Allahı tanımaq Ona ibadət və itaəti də zəruri edir. Əks təqdirdə bəndə Onu tanımamışdır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, küfr və inkar əhlinin Onu tanımaması məlumdur. Lakin təəssüf ki, bu tanımamazlıq Allahın vəhdaniyyətini təsdiq edənlər arasında da müxtəlif formalarda özünü göstərir. Bu müxtəlifliyin  biri də Allahın rəhmət və mərhəmətindən ümüdsüz olmaqdır. Halbuki Allah Təala Quranda buyurur:

"Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (Yusif-87)

Yaxud Allahı tanımamazlıq başqa bir formada, digərlərinə tənə vurmaqla təzahür edir (özünü göstərir). Bəzən günah və yaxud hər hansı səhvə düçar olmuş birini tənə və təhqirlə Allahdan daha çox uzaqlaşdırmış oluruq. Halbuki bir insan olaraq bizim vəzifəmiz Allahı tanımaq və tanıtdırmaqdır.

Allahın günahkarlara qarşı olan mərhəmətini eşidib və ya mütaliə etdikcə insanın içi fərəhlə, ümidlə dolur:

Hədisdə deyilir: Bir gün Musa (ə) peyğəmbər Rəbbi ilə münacatda buyurur:

Ey aləmlərin rəbbi!

Nida gəlir: "Ləbbeyk" (Qəbil edirəm) buyur ey Musa!

Musa (ə) : Ey itaət edənlərin Allahı!