İslam peyğəmbərinin (s) hicrəti –


Digərləri 18 Noy 2018 19:15:00 300 0

İslam peyğəmbərinin (s) hicrəti –

İslam dini və islam coğrafiyası indiki vəziyyətinə heç də asanlıqla gəlib çıxmayıb. İslamın ilkin çağlarında müsəlmanların vəziyyəti çox ağır və acınacaqlı idi. Hətta Allahın peyğəmbərinin (s) çəkdiyi çətinlikləri belə insan düşünəndə heyrətə gəlir. Məkkəliər peyğəmbəri (s) və ilk müsəlmanları incidir, hətta öldürməkdən belə çəkinmirdilər. Peyğəmbərin (s) yoluna tikan tökür, evlərin damından o Həzrətin (s) mübarək vücuduna zir-zibil tullayırdılar.

Bu pis əməlləri ilə heç bir nəticə əlıdə edə bilməyən Məkkə müşrükləri nəticədə peyğəmbəri (s) qətl etmək qərarına gəldilər. Hər tayfadan bir nəfəri seçib, əl qılınclı o Həzrətin evinə göndərdilər. Lakin Allahın iradəsi onların fitnəsinə mane oldu. Hz. Cəbrayılın xəbər gətirməsi ilə Allah Rəsulu (s) rəbiul-əvvəlin 1-ci gecəsində Hz. Əlini (ə) öz yatağında yatızdırıb, özü Məkkəni tərk etdi.

Müşrüklər bundan xəbər tutub peyğəmbəri (s) təqib etməyə başladılar.Allah rəsulu (s) yol üzərində olan bir mağaraya sığındı. Üç gün mağarada qalan peyğəmbər (s) rəbiul-əvvəlin 4-cü günündə Mədinəyə doğru hərəkətə başladı.

Bu hadisə İslam peyğəmbərinin (s) hicrəti idi. Bu hicrət bir neçə nəfərdən ibarət olan kiçik islamı camiənin böyüməsi, yeni islam xilafətinin əsasının qoyulması demək idi. Az bir vaxtdan sonra artıq mərkəzi Yəsrib olan yeni islami cəmiyyət dünyada imperiyaların  belə hesablaşdığı bir xilafətə çevrildi.