Adın nədir? Bu sual bir çox ölkələrin


Digərləri 18 Noy 2018 19:17:00 314 0

Adın nədir? Bu sual bir çox ölkələrin

"Atanızın adı?" - Bakı aeroportunda mənə sual verən sərhədçi hələ Sovet dövründən qalmış anketi nəzərdən keçirərək soruşur. Orada atamın adı barədə bir hərif də yazılmayıb.

- "O ad məndə yoxdur. Pasportuma baxın".

- "Ola bilməz. Atanızın adı?"

- "Pasportumu yoxlayın - o ad yoxdur!"

Bu cür söz güləşdirməsi ən azı yarım saat çəkdi. Axırda məni ölkəyə buraxdılar, baxmayaraq ki, atamın adı pasportumda yox idi.

Təxminən 1995-ci il idi və bu hadisə Zabrat aeroportunda baş verirdi.

Əlbəttə ki, bu - atamın adının soruşulması - gülməli görünə bilər, lakin söhbət ciddi məsələdən gedir.

Dövlətin rolu

Sizin adınızdan (soyadınızdan və əgər varsa, atanızın adından) daha şəxsi və özəl nə ola bilər.

Lakin müxtəlif ölkələrdə bu, 2-3 və daha çox sayda ola bilən sözlərə münasibət fərqlidir.

Bu yaşa gəlib çatana qədər mən təkcə öz atamın adını yox, hətta hələ məktəbdə oxuyan vaxt soyadımı da dəyişmişəm.

Soyadımı dəyişəndən sonra, xoşhallı gülümsəyərək, özündən çıxmış sovet müəlliməsinin qəzəbli baxışını izləməkdən yaxşı heç nə yox idi: o, lövhəyə çıxmağa çağırırdı, lakin onun dediyi soyadda şagird sinifdə artıq yox idi.

Soyadımı dəyişməklə iki dərs də almış oldum: birincisi, məlum oldu ki, sizə zülm verəni, cəzasız olaraq, lağa qoymaq adama böyük ləzzət verir, ikincisi isə, gender təhsili keçdim - ərə gedəndən sonra soyadlarını dəyişən milyonlarla qadının necə yaşadığını öz üzərimdə hiss etdim.

Və bir də ki, başa düşdüm ki, soyad insanın kimliyini müəyyən edən heç də əsas element deyil.

Soyadsız yaşamaq

İslandiyanın adlar üzrə komitəsi Reykjavik-də ildə iki dəfə iclas keçirir.

İslandiyada həmin o, bakılı sərhədçi özünü evində kimi hiss edərdi.

Orada hamının adı və atasının adı var.

Düzdür, soyadlara İslandiyada nadir hallarda rast gəlinir.

Orada soyadlar hər 10 nəfərdən təxminən, yalnız birində var, qalanlara soyad əldə etmək qanunla qadağan olunub, islandiyalılar soyadı olsa-olsa, yalnız xaricdə nə yollasa ala bilərlər.

Soyadlar olmadığından, telefon soraq kitabları və bu kimi digər siyahılar əlifba ardıcıllığı ilə tutulur - ad əsasında.

Misal üçün, əgər siz siyahıda David Oddsson-u tapmaq istəyirsinizsə, onu "D" hərfinə aid siyahıda axtarmalısınız...

Bəzən də islandiyalılar xaricdə gözlənilməz problemlərlə üzləşirlər.

Tutaq ki, ana, ata və onların kiçikyaşlı qızı və oğlu İspaniyaya istirahətə yollanıblar.

Atanın pasportunda yazılıb ki, onun adı Björgvin Ásgeirsson-dur (Ásgeirs oğlu), arvadının adı isə - Hrafnhildur Hreinsdottir-dir (Hrein qızı). Aydındır ki, onların uşaqlarının adı Steinn Björgvinsson (Björgvin oğlu) və Urður Björgvinsdóttir-dir (Björgvin qızı).

Xarici aviaşirkətlər və otellər isə bunu anlamaya bilər və hətta kiminsə oğurlandığından şübhələnib polis çağıra bilərlər.

Rusiyada ad təhqiredici olmamalıdır, eləcə də tərkibində rəqəm və durdurma işarələri olmamalıdır.

İslandiya rəsmiləri bu cür vəziyyətin yaranmaması üçün çıxış yolu tapıblar.

Belə ki, İslandiyada xaricə yollanan ailələr müəyyən ödəniş etməklə ailə üzvlərinin hamısının atasının adı eyni yazılmış müvəqqəti pasportlar əldə edə bilərlər.

Bu, hələ hamısı deyil.

Britaniyalılar ad və soyadları tənzimləyən bir çox qanunları inanılmaz qəribəlik sayırlar, o cümlədən, həmin qaydaların mövcudluğunu da.

Britaniyada uşağı qeydiyyatdan keçirmək və doğum haqqında şəhadətnaməsi veriləndə cəmi iki sual soruşulur: uşağın adı nədir və bütün adları və soyadı necə yazılır.

İkinci sualı üç dəfə soruşacaqlar ki, yazanda səhvə yol verilməsin: vəssalam - oz Marusyalarınızı və Əbduləzizlərinizi evə apara bilərsiniz.

Heç bir şaftalı olmaz

Bir çox başqa ölkələrdə vəziyyət fərqlidir. Orada hökumətlər fəal şəkildə uşağın necə adlandırılması işinə qarışır.

Məlumdur ki, uşaq doğulmaqdan əvvəl valideynlər ona ad seçmək üçün aylarla mübahisə edirlər.

Amma misal üçün Almaniyada Bob Geldof-un ciddi problemləri olub.

Onun mərhum qızının adı Peaches (Şaftalılar) olub.

Almaniyada Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi (Standesamt) tərəfindən uşaq adı üçün əşya və ərzaq adları seçmək qadağan olunub.

Almaniyada eləcə də ad və soyadı dəyişmək olmaz.

Əgər, misal üçün, siz Almaniyaya gəlmisiniz və adınız Mstislav Patarkatsişvilidirsə, bu, sizin şəxsi probleminizdir.

Amma burada bir istisna var.

Polşa, Rusiya, Qazaxıstandan gəlmiş etnik almanlar, ad və soyadlarını dəyişə bilər, çünki həmin ölkələrdə yerli rəsmilıər onların alman ad və soyadlarını vaxtilə dəyişib.

Liberalizm adası

Lakin misal üçün, Danimarka, İsveç və ya İslandiya ilə müqayisədə Almaniya adlar məsələsində liberalizmin adası sayıla bilər.

Qeyd olunmuş Skandinaviya ölkələrində adlar üzrə rəsmi dövlət komitələri mövcuddur, həmin komitələr icazə verilən adların siyahısını tutur.

Əgər həmin siyahıda sizin adınız yoxdursa, onda sizi böyük problemlər gözləyir.