Çində vertolyot qəzası:


Dünya 18 Noy 2018 17:44:00 278 0

Çində vertolyot qəzası:

Çində R22 vertolyotu qəzaya uğrayıb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə Sıçuan vilayətində qeydə alınıb.

Vertolyotun Emeyşan dağları yaxınlığında yerə düşdüyü bildirilir. Qəza nəticəsində iki heyət üzvü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, vertolyot ABŞ-ın "Robinson Helicopter" şirkətinə məxsus olub.

Son.az