Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi


Digərləri 18 Noy 2018 16:26:07 425 0

Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə çətin idi

Bakı. Cani Babayeva - Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə çətin idi. Bu barədə Trend-ə akrobatika gimnastiaksı üzrə Dünya Kubokunda qarışıq cütlük tərkibində Ruhidil Qurbanlı ilə birgə "gümüş" medal qazanan Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi deyib. A.Əl-Məşayxi bildirib: "Əhval-ruhiyyə əladır. Biz, hamı kimi birinci yer uğrunda mübarizə aparırdıq. Mübarizə çətin idi, amma biz də zəif komanda deyilik. Bütün bizi dəstəkləyənlərə təşəkkür edirəm". Abdulla Əl-Məşayxi həmçinin Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanovaya da təşəkkürünü bildirib: "Bizim məşqçiyə təşəkkürümü bildirmək istəyirəm, onun sayəsində biz bu gümüş medalı qazandıq".