Qadının mədəsindən inanılmaz şeylər çıxdı


Digərləri 18 Noy 2018 16:20:00 280 0

Qadının mədəsindən inanılmaz şeylər çıxdı

Hindistanda bir qadın həkimləri mat qoyub. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, həkimlər onun mədəsində yarım kiloya yaxın həzm olmayan əşyalar aşkarlayıblar. Bunların içində qoz qabığı, dəmir bolt və digər əşyalar olub.

Sangita adlı qadın mədəsində kəskin ağrı olduğu üçün həkimə müraciət edib. Nitin Parmar adlı həkim xəstəni müayinə edən zaman qeyri-adi halla qarşılaşıb. 40 yaşlarında olan qadın rentgenlə müayinə edilən zaman qarnında mis üzük, saç sancağı, dəmir bolt, qoz qabığı və digər əşyalar aşkarlanıb.