Fransada etiraz aksiyasında yaralananların sayı 400 nəfəri keçir


Dünya 18 Noy 2018 14:03:00 232 0

Fransada etiraz aksiyasında yaralananların sayı 400 nəfəri keçir

Fransada qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası bu gün də davam edir.

Son.az Report-a istinadən bildirir ki, dünən səhərdən bu gün səhər saatlarınadək keçirilən aksiyada 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.

"Sarı jiletlilər" arasında dava, soyuq silahdan istifadə, aqressiya halları da baş verib ki, bu gecə saatlarında daha yüksək olub.