Facebook Messengerdən MÖHTƏŞƏM YENİLİK


Digərləri 18 Noy 2018 12:54:00 235 0

Facebook Messengerdən MÖHTƏŞƏM YENİLİK

Facebook Messenger istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər.

Son.az Technote-a istinadən xəbər verir ki, Messenger-də birgə video izləmək funksiyası artıq test mərhələsindədir.

Bu yeni funksiya ilin sonunadək çıxacaq Messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, Messenger-də olan qrup çat üzvləri istənilən an videonu dayandıra, bu və ya digər videoya çat üzvlərindən kimlərin baxdığını izləyə və videonu dayandırmadan qrup çatında video barəsində təəssüratlarını bölüşə biləcəklər.