Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi


Digərləri 18 Noy 2018 11:35:00 246 0

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçib.

Son.az The Sun-a istinadən bildirir ki, inanclılar bunu, dünyanın axırının yaxınlaşmasına xəbərdarlıq kimi yozurlar.

Söhbət Yerusəlimdə "Ağlama divarı"nda peyda olan ilandan gedir. Tövratda da bu barədə bir neçə qeydin olduğu bildirilir.

İudaizmin müqəddəs kitabı olan Tövrat təfsirçiləri əmindir ki, bu ilan artıq yaxınlaşan Apokalipsisin üçüncü şahidliyidir.

Belə ki, bundan bir qədər əvvəl - oktyabrda israilli fotoqraf "Ölü dəniz"də canlı balığın şəklini çəkmişdi.