Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək


Digərləri 17 Noy 2018 23:59:00 307 0

Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək

"Məni necə istəyirsiniz çağıra bilərsiniz, amma mən özü özünü yaradan insan deyiləm. Bu, böyük bir yalan olardı. Əvvəlcə valideynlər mənə sevgi verdi, müəllimlər dərs öyrətdi, sonra idman məşqçiləri, qida üzrə mütəxəssisləri öz məsləhətlərini verdilər. Film çəkilişlərində yüzlərlə insan köməyini məndən əsirgəmirdi. Və milyonlarla qubernator seçilmək üçün mənə səs verib. Mən necə deyə bilərəm ki, özüm özümü yaratmışam?"

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözlərin müəllifi dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Şvartseneggerdir. Bu yazıda oxucuları məşhurun müsahibələrində dediyi hikmətli fikirləri ilə tanış edib.

"İrəliyə doğru hərəkət etmək üçün həmişə gücüm olub. Adi şeylər məni qane etmir. Öz uğurumu çox aydın görürdüm: hər gün 5 saat məşq + dərin inam yaxşı bodibilder olmaq üçün kifayət idi".

"Başqa hər şey idmanda əldə olunan nailiyyətlərimin prinsiplərinə əsaslanırdı. İlk növbədə kim olmaq və hara doğru getmək istədiyinizə qərar verməlisiniz. İkincisi, səndə alınmaz deyənləri dinləməyin. Üçüncüsü, sona qədər çalışın, çalışın və yenə də çalışın, qısa yollar yoxdur. 6 saat yatın. Azdırsa, gecələr tez yatın!"

"Hər gün məşq edirəm! Gün ərzində özünüzü inkişaf etdirmək üçün vaxt ayırın".

"Həyatda özümü heç vaxt kifayət qədər yaxşı hiss etməmişəm, bu amil məni həmişə irəliyə stimullaşdırıb. Həmişə məndən daha yaxşı olanlara baxıb həsəd aparırdım".

"Niyə çoxları tez təslim olur? İlham almaq çox vacibdir! Hamımızın dəstəyə ehtiyacı var!"

"Özü özünü yaradan insan deyiləm. Çox adamdan dərs almışam, onlar mənə çox kömək edirdilər. Milyonlarla insan mənə görə səs veriblər və mən onların sayəsində qubernatoru oldum".

"İdmanda cavab atəşini artıq ağrını hiss etməyə başlayanda vermək lazımdır, birinci saniyədən deyil".

"Eyni şeyi min dəfə təkrarlamalı, çox-çox çalışmalısınız ki, sonda mükəmməlliyə qovuşa biləsiniz".

"Məğlubiyyətlərim çoxdur. Uğur və uğursuzluq hamıda var. Məsələ ondadır ki, siz uğursuzluqla nə edirsiniz! Siz onu tanımır və inkar edirsiniz, yoxsa ondan bir nəticə çıxarırsınız? Uğursuz öz məğlubiyyətindən sonra ayağa qalxa biləndir. Mən də öz uğursuzluqlarımdan çox dərs aldım. Uduzduğum zaman hakimin yanına getdim və mənə niyə az bal verdiyini soruşdum. Birinci yeri qazandıqda isə bu barədə heç kimə suala vermirik, amma nahaq yerə".