“Canlı su” nədir? Ev şəraitində faydalı


Digərləri 17 Noy 2018 23:45:00 350 0

“Canlı su” nədir?  Ev şəraitində faydalı

Su bir çox canlı orqanizmlərin yaşaması üçün vacib olan elementlərdən biridir. Təsadüfi deyil ki, həkimlər və diyetoloqlar sağlam olmaq istəyən hər kəsə gün ərzində 2 litrə qədər su içməyi tövsiyə edirlər. Lakin burada bir məqam var. İçilən su ekoloji cəhətdən təmiz, eyni zamanda da minerallarla və oksigenlə zəngin olmalıdır. Əks təqdirdə sizin qəbul etdiyiniz su sağlamlığınızda bir sıra problemlərə yol aça bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, sadalanan xüsusiyyətlərə malik su bitkilərin və heyvanların məhsuldarlığını artırır. Oksigenlə zəngin olması sayəsində bakteriya və virusların çoxalmasının qarşısını alaraq xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Tərkibində olan minerallar isə zədələnmiş hüceyrələrin bərpasını təmin edir və yaşama keyfiyyətini artırır.

Müasir zamanda marketlərin piştaxtalarında "canlı su" adı ilə sənayedə istehsal edilmiş müxtəlif su çeşidlərinə rast gəlmək mümkündür. Bu sular çox vaxt termik istehsaldan keçmiş, xüsusi maddələrlə dezinfeksiya olunmuş və çokdürülmüş və ya distillə edilmiş olur. Lakin sadalanan hallarda su öz xeyirli xüsusiyyətlərini itirir və əksinə orqanizm üçün zərərli bir maddəyə çevrilir. Belə suyu qəbul etmək isə orqanizm və ifrazat orqanları üçün əsl "cəza"ya çevrilir.

"Canlı su" - təbiətdə rast gəlinən dağlardan gələn ərimiş qar və ya buzlaq suları, yer altından çıxan təbii bulaqlar, çaylar və s.dir.

İçilən suyun orqanizmə faydalılığı 6 əsas amildən asılıdır:

1. Su təmiz olmalıdır

2. Enerjili olmalıdır

3. Oksigenlə zəngin olmalıdır