Salyanda velosipedçini maşın vurub


Digərləri 17 Noy 2018 22:43:00 269 0

Salyanda velosipedçini maşın vurub

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında "Ay işığı" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuzda piyadanı avtomobil vuraraq öldürüb.