Qulaq pərdəsinin yırtılması...


Digərləri 17 Noy 2018 22:45:00 674 0

Qulaq pərdəsinin yırtılması...

Qulaq pərdəsi xarici qulağı orta qulaqdan ayıran nazik arakəsmədir. Onun əsas funksiyası xarici qulağın tutduğu səs dalğalarını orta qulağa ötürməkdir. Onun yırtılması və ya zədələnməsi eşitmə qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirilməsinə, həmçinin də orta qulağa infeksiya keçməsinə səbəb ola bilər. Bu isə yaşam keyfiyyətinin azalmasına gətirib çıxarır.

Son.az medicina.az-a istinadən bildirir ki, qulaq pərdəsi müxtəlif səbəblərdən yırtıla bilər. Bunlara aşağıdakı hallar aiddir:

•İnfeksion xəstəliklər nəticəsində qulaqdan irinli axıntının gəlməsi

•Mütəmadi olaraq xarici təzyiqin qəfil aşağı düşməsi (aviouçuşlar və qulağa küt alətlə zərbə endirilən zaman)

•Səs-küy travması

•Pərdənin mexaniki zədələnməsi (yad cisim düşdüksə və ya təmizləyən zaman)

Əlamətləri:

Pərdənin yırtılması əksər vaxt güclü ağrı ilə müşayiət olunur. Ağrıya aşağıdakı digər əlamətləri də əlavə etmək olar:

•Qulaqda küy;

•Eşitmənin zəifləməsi;

•Əlavə səslərin eşidilməsi;