Biz zibilə atırıq, amma canımıza dərman imiş


Digərləri 17 Noy 2018 22:10:00 297 0

Biz zibilə atırıq, amma canımıza dərman imiş

Elə məhsullar var ki, gündəlik olaraq onlardan istifadə edirik, yuyub təmizləyərək dadlı və faydalı yeməklər hazırlayırıq. Təmizlədiyimiz hissələrini isə təbii ki, tullayırıq. Amma əslində elə meyvə və tərəvəzlər var ki, onların qabıqları və ya saplaqları düzgün istifadə edildiyində ən azından özü qədər çox faydalıdır.

Son.az medicina.az-a istinadən sizə zibil bilib atdığımız, əslində isə bir sıra faydaları olan ərzaqların siyahısını təqdim edir:  

Çiyələyin saplağı - çiyələk ən ləzzətli və faydalı giləmeyvələrdən biridir.  Adətən onu yedikdə saplağını atırıq. Amma xalq təbabətində çiyələk saplağı çox faydalı hesab edilir.  

Kimyəvi tərkibinə görə saplağı heç də özündən geri qalmır. Belə ki, saplaq müxtəlif vitaminlər, minerallar və antioksidantlarla çox zəngindir. Buna görə də, iltihab əleyhinə, sidik və ödqovucu, təzyiqi tənzimləyən, qrip və soyuqdəymə zamanı, qanda olan xolesterol və şəkər səviyyəsini salmaq üçün istifadə edilə bilər. Qurudulmuş çiyələk saplağından əsasən də ürək və qan-damar xəstəlikləri zamanı çox istifadə olunur.

İstifadəsi: 15 ədəd çiyələyin saplağının qurusunu 1 lt suda 30 dəqiqə boyunca dəmləyin və çay kimi için.

Qarğıdalı saçağı - əsasən ifrazat sistemi xəstəliklərində çox faydalıdır. Çayın tərkibi böyrək daşlarının yaranmasının qarşısını alır və süzmə prosesini yaxşılaşdırır. Kişilərdə tez-tez rast gəlinən prostat vəzi problemlərini də aradan qaldırır. Bununla yanaşı, revmatizm, yüksək təzyiq, qan təzyiqi, diabet xəstəliklərinə və xroniki bir çox xəstəliklərə faydalıdır.

İstifadəsi: qarğıdalı saçağını təmizləyib üzərinə qaynanmış su tökün. Çox zəif odda 10 dəqiqə dəmləyib fincana tökün. Diqqət edin ki, qaynamasın. Qaynadıqda həm öz faydalı inqrediyentlərini itirir, həm də dadı acı olur.

Qoz pərdəsi - Bu vasitə radikulit, oynaq ağrılarının, baş ağrılarının müalicəsində effektiv təsir göstərir. Qoz pərdəsi yuxusuzluğa da kömək edir. Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər. Qozun tərkibində yod bol miqdarda olduğu üçün ondan zob xəstəliyinin müalicəsində  də istifadə edilir.