Xurmanın bu faydalarını bilirdinizmi?


Digərləri 17 Noy 2018 21:05:00 258 0

Xurmanın bu faydalarını bilirdinizmi?

Bu il Azərbaycanda xirniyin qiyməti xeyli ucuzdur. Sahibkarların çoxu da bundan gileylənir. Azərbaycanda yetişən xurmanın əsas alıcısı Rusiyadır. Hər il tonlarla xurma Azərbaycandan Rusiya bazarlarına daşınır. Bu meyvənin vətəni Yaponiya və Çindir. Korolyoka "yapon xurması" da deyənlər var.

Son.az yeniavaz.az-a istinadən xurmanın faydalarını təqdim edir.  1. Vitamin azlığından əziyyət çəkənlər üçün faydalıdır. 2. Orqanizmin müqavimətini artırır. 3. Böyrəklərdə daşın əmələ gəlmə prosesinin qarşısını alır. 4. İştahanı açır. 5. Dəmir çatışmazlığına xeyirlidir. 6. Mədə qastrininin müalicəsində faydalıdır. 7. Ürək-damar sisteminə müsbət təsir göstərir. 8. Kökəlmənin qarşısını alır. 9. Şirəsi bakteriyaları öldürür. 10. Zülallarla zəngindir. 11. Yod deposu hesab olunur. 12. Tərkibində kalsium var. 13. Qlükoza və fruktoza, karotin, kalium, maqnezium, fosforla zəngindir. Xurma yod mənbəyidir. 14. Tərkibindəki C və P vitaminləri damarları gücləndirir. 15. Antioksidantlarla zəngindir. 16. Stressin qarşısını alır. 17. Depressiya vəziyyətində olanlara kömək edir.   Xəbərdarlıq - Diabet xəstələrinə, əməliyyatdan çıxanlara isə xurma yemək məsləhət görülmür. Həmin insanlara mənfi təsir göstərə bilər.