Kiyevdə erməni nazirin həbsi tələb edildi


Dünya 17 Noy 2018 20:42:00 253 0

Kiyevdə erməni nazirin həbsi tələb edildi

Ukraynanın daxili işlər naziri Arsen Avakovun malikanəsinin qarşısında toplaşan fəallar onun istefasını tələb ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, buna səbəb qətl hadisələrinin üstünün açılmaması və ictimai fəallara edilən hücumlardır.

"Avakov, çıx get!" aksiyasının iştirakçıları onun malikanəsinin hasarında müxtəlif sözlər yazıblar və nazirə ünvanlanan plakatlar ("Pavel Şeremeti kim öldürdü?", "Katya Qandzyukun qətlini kim sifariş etdi?", "Oğru", "Zibil") asıblar.