Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir?


Digərləri 17 Noy 2018 20:45:00 331 0

Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir?

Yəqin ki, hər biriniz heç olmasa bir dəfə də olsa ayaq qıcolması keçirmisiniz. Son zamanlarda bir çox insanlarda müşahidə edilən qıcolmaların səbəbləri də müxtəlifdir.

Son.az medicina.az-a istinadən bir çoxlarını narahat edən ayaq qıcolmalarının səbəblərini çatdırır:    

Ayaq qıcolması əsasən 10 saniyədən 15 dəq-dək davam edən ayaq əzələsinin tonusunun qəfil artması nəticəsində meydana çıxan haldır. Ən çox ayağın baldır əzələlərində müşahidə edilir. Səbəbi isə baldır əzələlərinin ürəkdən mərkəzi sinir sistemində uzaqda yerləşməsidir.

Qıcolmaların 2 cür səbəbləri olur:

Birinci səbəbi fiziki yük və müxtəlif patologiyaların əlaməti kimi özünü büruzə verə bilər. Bu patologiyalara varikoz, insulindən asılı olmayan şəkərli diabet,  böyrək çatışmazlığı, yastı pəncəlik, qalxanabənzər vəzin hormon disbalansı, Parkinson xəstəliyi, sirroz, müxtəlif şişlər, spazmofliya, dağınıq skleroz, neyroinfeksiyalar və s ola bilər. Əgər sizdə ay ərzində 2-3 dəfədən artıq bu cür qlcolmalar baş verirsə o zaman nevroloqa müayinə olunmağınız məsləhətdir.

2-ci səbəb isə fiziki aktivlik fonunda, əsasən velosiped, qaçış kimi idman növləri fonunda meydana çıxa bilər. Bu zaman qıcolmaların öhdəsindən həkimə müraciət etmədən də gəlmək olar. Çox zaman qıcolmaların səbəbi kalsium və kalium kimi mikroelementlərin çatışmazlığı, eləcə də əzələlərdə yığılan süd turşusunun həddən artıq olması ola bilər. Bundan əlavə yastı pəncəlilik də ayaqlarda qan və limfa axımını istiqamətini dəyişməsi səbəbindən də meydana çıxır.