Çeçenistanda qadın polis postunda özünü partladıb


Dünya 17 Noy 2018 19:43:00 252 0

Çeçenistanda qadın polis postunda özünü partladıb

Çeçenistan Respublikasının Qroznı şəhərinin Staropromıslovski rayonunda partlayış baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə respublika üzrə daxili işlər naziri vəzifələrinin icraçısı polis generalı Apti Alaudinova istinadən RİA "Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, naməlum qadın Staropromıslovski rayonu ətrafında yerləşən polis postuna yaxınlaşıb. Ondan dayanması və sənədlərini təqdim etməsi xahiş olunub. Lakin qadın postda doğru qaçmağa başlayıb və bu zaman polis onun üzərində əldəqayırma partlayıcı qurğu olduğunu görüb. Polis əməkdaşları xəbərdarlıqedici atəş açdıqdan sonra o, partlayıcı qurğunu işə salıb.