Belarusdan Paşinyana sərt cavab: "Bu sənə küçə demokratiyası deyil"


Dünya 17 Noy 2018 16:48:00 279 0

Belarusdan Paşinyana sərt cavab: "Bu sənə küçə demokratiyası deyil"

Böyük siyasətdə küçə demokratiyası yox, diplomatik protokol qaydalarına uyğun hərəkət etmək lazımdır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər nazirliyinin mətbuat katibi Anatoliy Qlaz Nikol Paşinyanın Belarus prezidentinin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

"Görünür, Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan özünü beynəlxalq prokuror sayır", - deyə Anatoliy Qlaz deyib.

Belarus diplomatın fikrinə görə, belə bir davranış KTMT-nin keçmiş baş katibi, Ermənistanın vətəndaşı Yuri Xaçaturova qarşı sərgilənə bilər. Amma beynəlxalq və dövlətlərarası münasibətlərdə dəqiq protokol və etiket qaydaları hökm sürür.