Qadınları aldadıb bank hesablarından pul çıxaran dələduz tutuldu


Digərləri 17 Noy 2018 12:58:00 245 0

Qadınları aldadıb bank hesablarından pul çıxaran dələduz tutuldu

Şəmkir rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlamaqda, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini Əli Əzizov olduğu müəyyənləşdirilib.