Zukerberq işçilərinə “Apple” məhsullarını qadağan etdi


Dünya 17 Noy 2018 09:22:00 217 0

Zukerberq işçilərinə “Apple” məhsullarını qadağan etdi

Feysbuk şirkətinin sahibi Mark Zukerberq işçilərinə "Apple" məhsulları istifadə etməyi qadağan edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, işçilərə göndərilən xəbərdarlıqda "Android" cihazlardan istifadə etməli olduqları qeyd olunub.

Xatırladaq ki, iki şirkət arasında gərginlik "Cambridge Analytica" hadisəsi ilə başlayıb. Belə ki, ABŞ-da prezident seçkiləri zamanı "Cambridge Analytica" şirkəti 87 milyona yaxın Feysbuk istifadəçisinin məlumatlarını toplayaraq təbliğat kampaniyasına təsir edib.