Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq


Digərləri 17 Noy 2018 08:00:00 241 0

Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq

Azərbaycana başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycana başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq. Trend-in məlumatına görə, bu, 2019-cu il dövlət büdcəsinin zərfinin layihəsində öz əksini tapıb. Sənəd layihəsinə əsasən, xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisaslı kadrların geriyə qayıdışı stimullaşdırılacaq.