Yeni planetlərarası modul süni intellekt vasitəsilə yaradılıb


Digərləri 17 Noy 2018 07:51:00 260 0

Yeni planetlərarası modul süni intellekt vasitəsilə yaradılıb

ABŞ Kosmik Agentliyinin (NASA) mühəndislər qrupu "Autodesk" şirkəti ilə birgə süni intellekt vasitəsilə yaradılan yeni planetlərarası enmə modulunun prototipini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni planetlərarası enmə qurğusunun çəkisi "NASA" tərəfindən indiyədək digər planet və peyklərə göndərilən əksər enmə aparatlarının çəkisinə uyğundur. Prototip Las-Veqasda keçirilən konfransda nümayiş olunub. Enmə aparatının konstruksiyası metaldan düzəldilən hörümçəyə bənzəyir. Mühəndislər qrupu planetlərarası enmə qurğusu üzərində yeni planetlərin tədqiqi üçün daha yüngül modul yaratmaq üçün eksperimental məqsədlərlə çalışıb. Layihələndirmə prosesinin sürətləndirilməsi üçün "Autodesk" tərəfindən onlarla müxtəlif layihəni tez hazırlaya bilən süni intellekt əsaslı proqram təminatından istifadə olunub. Bu metod generativ dizayn kimi tanınır və "beyin hücumu" kimi işləməklə mühəndislərə layihələrin yaradılmasına yaradıcılıqla yanaşmağa kömək edir.