UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0 (VİDEO)


Digərləri 17 Noy 2018 01:44:08 353 0

UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0 (VİDEO)

Futbol üzrə Niderland yığma komandası Fransa millisi üzərində qələbə qazanıb.

Bakı. Futbol üzrə Niderland yığma komandası Fransa millisi üzərində qələbə qazanıb. Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində, Rotterdamda “De Kuip” (“Feyenoord”) stadionunda keçirilib. Oyunda hesabı 44-cü dəqiqədə Corcinyo Veynaldum açıb. Oyunun ikinci hissəsinə əlavə edilən vaxtda hakim Fransanın qapısına penalti təyin edib. Cərimə zərbəsini Memfis Depay dəqiq yerinə yetirib.