Avtomobil piyadanı vurub


Digərləri 16 Noy 2018 23:41:00 463 0

Avtomobil piyadanı vurub

Saatlı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Seyfullayev Bilal Sadiq oğlu yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Seyfullayev Saatlı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.