Pentaqon kosmik qoşunların qiymətini açıqladı


Dünya 16 Noy 2018 22:03:00 235 0

Pentaqon kosmik qoşunların qiymətini açıqladı

Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələ bilər.

Son.az "Hill" nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.

Sentyabr ayında ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonun məruzəsinə istinadən "Assoşieyted Press" agentliyi bildirib ki, kosmik güclərin yaradılması ABŞ-a birinci beş ildə 13 milyard dollara başa gələ bilər.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası olaraq tanınıb.