Şəhid kapitanın həyat yoldaşı: Azərbaycan dövləti şəhid ailələrinə hər zaman qayğı göstərib


Digərləri 16 Noy 2018 20:44:02 228 0

Şəhid kapitanın həyat yoldaşı: Azərbaycan dövləti şəhid ailələrinə hər zaman qayğı göstərib

Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə hər zaman qayğı göstərib.

Bakı. İlhamə İsabalayeva – "Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə hər zaman qayğı göstərib. Buna görə Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”. Bunu Trend-ə 1993-cü il avqustun 31-də Qubadlıda gedən döyüşlərdə həlak olmuş kapitan, “Azərbaycan Bayrağı” ordenli Abbasov Rasim Fəxrəddin oğlunun həyat yoldaşı Yeganə Abbasova deyib. Y.Abbasova Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini alqışlayıb.