Nəcməddin Sadıkov: "İlk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub FOTO


Digərləri 16 Noy 2018 20:12:00 300 0

Nəcməddin Sadıkov: "İlk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub  FOTO

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) yekunlarına dair müşavirə keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, Baş Qərargah rəisi nəticələri təhlil edərək bildirib ki, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov qeyd edib ki, müdafiə nazirinin göstərişinə əsasən komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların istifadəsinə yönəldilib və ilk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub.


Xəbərə aid fotolar