Tərkibində zərərverici orqanizmlər olan 26 ton kartof məhv edilib (FOTO)


Digərləri 16 Noy 2018 18:47:00 255 0

Tərkibində zərərverici orqanizmlər olan 26 ton kartof məhv edilib (FOTO)

Həmin məhsulun məhv edilməsinə qərar veriblər.

Bakı. Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.