Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar


Şou-biznes 16 Noy 2018 16:56:00 339 0

Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar

Mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Taxta ayı" adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə "Damla" olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür.

Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın "ağlamalinski" türk filmlərində öz adı ilə oynayan Ceylan, Emrah kimi məşhurları örnək alıb.

Filmdə İlqar Cahangir, Mehriban Xanlarova, Kazım Abdullayev, Leyli Vəliyeva, Mətanət Atakişiyeva, Zemfira Əbdülsəmədova kimi sözünü demiş aktyorlar da oynayıb.

Rejissor işinin yaxşı olduğu filmdə ssenaridəki çatışmazlıqlar özünü büruzə verib. Belə ki, Rüfət Nəzərin canlandırdığı "Ümid" obrazının həyatdan nə istədiyi bəlli deyil, gah anasının qisasını alır, gah da soyuq obrazı ilə həyat yoldaşını geri qaytarmaq istəyir. Həyat yoldaşını axtarır və əli ilə qoymuş kimi tapır.

Bəzi səhnələr istisna olmaqla, Damlanın aktrisalıq qabiliyyəti filmdə ön plana çıxıb. Mehriban Xanlarovanın aktrisa kimi özünəməxsus möhtəşəmliyi ekran işinə damğa vurub. 

Mətanət Atakişiyevanın göz yaşları, İlqar Cahangirin əsl Azərbaycan kişisinə xas sərtliyi filmdə kiçik səhvləri arxa plana atır.

Zemfira Əbdülsəmədovanın ana şəfqəti, həzin və yumşaq səsi, hərdən sərt baxışı və əsrarəngiz aktrisalığı bu filmdə də özünü göstərir.