Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi


Digərləri 16 Noy 2018 14:29:55 237 0

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

Bakı. Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, II Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi – tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.