Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək


Digərləri 16 Noy 2018 08:33:00 249 0

Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək

Çin "Çan'e-4" kosmik proqramı çərçivəsində Ayın Yerdən görünməyən hissəsinə ixtiraçı aparat göndərməyi planlaşdırır.

Son.az xəbər verir ki, adı çəkilən proqram çərçivəsində 2020-ci ildə Ayın görünməyən hissəsinə platforma endiriləcək və rover oradan hərəkətə başlayacaq. Ayın görünməyən hissəsinə endirilən roverin təsviri artıq təqdim olunub.

Chang'e-4 adlı roverin yerüstü hər cür sınağı keçirilib, lakin start tarixi hələ dəqiqləşdirilməyib. Səthə enən modulda enmə kamerası, iki ədəd lanşaft kamerası, Günəş alışmalarının aşağı tezlikli spektrometri vasitəsi ilə öyrənilməsi avadanlığı, xüsusi bioloji eksperimentlər aparmaq üçün konteyner və neytron dozimetri kimi elmi avadanlığın olması nəzərdə tutulur.