Əfsanəvi Hind vadisi mədəniyyəti niyə məhv olub? Tarixin gizlin sirləri


Digərləri 16 Noy 2018 08:38:00 510 0

Əfsanəvi Hind vadisi mədəniyyəti niyə məhv olub?  Tarixin gizlin sirləri

Hind okeanının dibində aparılan qazıntılar əfsanəvi Hind vadisi mədəniyyətinin tarix səhnəsindən silinməsi barədə sirrə işıq tutub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Hind vadisindəki mədəniyyət iqlimin qəfil dəyişməsi və yağıntı miqdarına görə məhv olub. Klimatoloqların versiyası "Climate of the Past" jurnalında dərc edilib.

ABŞ Okeanoqrafiya institunun alimi Liviyu Cosan deyib:

"Hind vadisi mədəniyyəti hamı üçün yaxşı dərsdir. Afrika və Suriyaya baxın, insanlar iqlim dəyişikliyinə görə ərazini tərk edir. Keçmişdə insanlar belə problemlərin öhdəsindən başqa yerə köçməklə gəlirdilər. Amma bu gün ABŞ-ın cənub sakinləri və ya Banqladeş sahilləri sakinləri nə etsin? Tezliklə ərazi su altında qalacaq".

Hind vadisi mədəniyyəti dünyanın ən qədim sivilizasiyalarından biridir. Bu mədəniyyət 5 min il əvvəl müasir Hindistan və Pakistanın sərhədindəki Hind vadisində meydana çıxıb. Eramızdan əvvəl 2200-1900-cü illərdə çiçəklənmə dövrünü yaşayıb.

Bu dövrdə şəhərlərarası və xalqlararası ticarət, şəhər inşalarının planlanması, sanitar qovşaqlar, qanunlar və çəki ölçüləri üzə çıxdı. Hind vadisi mədəniyyəti bütün qitəyə yayıldı.


Xəbərə aid fotolar