"Barselona" Fondu qaçqınlara yardım üçün 6 milyon avro ayırıb


Dünya 16 Noy 2018 04:30:00 278 0

"Barselona" Fondu qaçqınlara yardım üçün 6 milyon avro ayırıb

"Barselona" Fondu Yunanıstan, Livan və İtaliyada sığınacaq tapmış qaçqınlara yardım üçün 6 milyon avro ayırıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Barselona"nın keçmiş futbolçusu Lilian Tyüram yardımı çatdırmaq üçün Livana səfər edib.

"Barselona" klubunun vitse-prezidenti Jorji Kardoner bununla bağlı deyib: "Biz qərara gəldik ki, hərəkətə keçək. Dünyada 68 milyon qaçqın var və onların 50 faizi uşaqlardır. Azyaşlılar bu münaqişələrin baş verməsində heç bir məsuliyyət daşımırlar. İstəyirik ki, bir çoxları öz ləyaqət hissini bərpa etsinlər".