Cenevrədə Azərbaycan kinosunun uğurları (FOTO)


Digərləri 16 Noy 2018 01:40:00 291 0

Cenevrədə Azərbaycan kinosunun uğurları (FOTO)

Cenevrədə “Kəklikotu” komediyasının təqdimatı keçirilib

Bakı. İsveçrənin cənub-qərbində məşhur «Ciné 17» kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimatda yerli kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak edib. Sonda zal yaradıcı kollektivi salamlayıb. Alqışlar uğurlu işin sübutu olub. Baxmayaraq ki, filmin 11 ay öncə nümayişinə başlanılıb, kino indiyədək Avropada, MDB ölkələrində və Türkiyədə böyük maraq doğurur. Lakin Cinemazadeh studiyasının növbəti layihəsi olan “Qış nağılı” filminin çəkilişlərində məşğul olduğu üçün “Kəklikotu”nun təqdimatı bir sıra şəhərlərdə keçirilməyib. “Qış nağılı” romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir. “Qış nağılı” filmi təkcə Azərbaycanda deyil, həm də Türkiyənin bütün şəhərlərində və bir çox Avropa ölkələrində nümayiş olunacaq. “Kəklikotu” filminin rejissoru və baş prodüseri Cəfər Axundzadə deyib: “Biz əlbəttə ki, bütün şəhərlərə və ölkələrə səfər etmək, kinomuzu hər kəsə nümayiş etdirmək istəyirik, lakin təəssüflər olsun ki, biz bir filmin çəkilişlərini bitirincə digər bir filmin çəkilişlərinə başlayırıq. Bundan başqa bizdə artıq bitmiş layihələr də var, hansılar ki, çoxlu güc, piar və qala-gecələrin keçirilməsi üçün vaxt tələb edir. Lakin biz mütləq bizi dəvət edən bütün şəhərləri ziyarət edəcəyik. Dəqiq tarixi hələ deyə bilmərik”.