Niyə Quranikərim 23 il ərzində hissəhissə endirildi?


Digərləri 15 Noy 2018 23:15:00 239 0

Niyə Quranikərim 23 il ərzində hissəhissə endirildi?

Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi? Birbaşa nazil olması və insanlara bütöv çatdırılması mümkün deyildimi?

Allah Həzrət Mühəmməd Peyğəmbərə (s) Quranı birbaşa göndərib əmr edə bilərdi ki, onu bütövlükdə xalqa elan etsin. Lakin bu zaman Quran ayələrinin mənasını, daşıdıqları hökmü insanlar anlaya bilməzdilər. Quran 23 il ərzində hissə-hissə Peyğəmbərə vəhy olundu və Onun tərəfindən insanlara çatdırıldı. Hər bir şəraitə, hadisəyə, insanların əhval-ruhiyyəsinə, problemlərinə uyğun olaraq müvafiq ayələr gəlirdi.