Mələklərin güldüyü kəslər


Digərləri 15 Noy 2018 22:20:00 238 0

Mələklərin güldüyü kəslər

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: "Mələklər gülüb-ağlayırlarmı?".

Cəbrayil (ə) deyir: "Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: "Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?".

Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: "Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?".