Xaşuqcinin qətlində təqsirli bilinənlərə ölüm cəzası tələb olunur


Dünya 15 Noy 2018 22:04:00 276 0

Xaşuqcinin qətlində təqsirli bilinənlərə ölüm cəzası tələb olunur

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı dövlət prokuroru jurnalist Camal Xaşuqcinin öldürülməsində təqsirli bilinən beş nəfərə ölüm cəzası verilməsini tələb edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, kral höküməti Xaşuqcinin öldürülməsində 18 nəfəri təqsirli bilərək həbs etdiyini bildirib. Lakin ona hücum və öldürülməsinin onlarla əlaqənin olmadığını söyləyib. Türkiyə xüsusi xidməti və Avropa ölkələri səudiyyəlilərin versiyasını etibarlı hesab etmir və Xaşuqcinin qətlinin sifarişçilərinin vəliəhd şəhzadə Salmanla ilə əlaqəli ola biləcəyindən şübhələnir.

Səudiyyə Ərəbistanının mətbuat agentliyinin təqdim etdiyi fotoda Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Camal Xaşuqcinin oğlu Salahla görüşür, Ər-Riyad, 23 oktyabr, 2018. Vəliəhd şəhzadə qətli "iyrənc cinayət" adlandırıb və jurnalistin ölümünün "bütün səudiyyəlilər üçün çox acı bir hadisə" olduğunu deyib.