OPEC neft hasilatını azaltmağı


Digərləri 15 Noy 2018 22:06:00 260 0

OPEC neft hasilatını azaltmağı

OPEC və tərəfdaşları günlük neft hasilatını 1.4 milyon barrel azaltmaq təklifini müzakirə edir, lakin Rusiyanın bu plana qoşulmayacağı gözlənilir.

Azalan tələb, eləcə də Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatların rekord təchizatı səbəbilə neft qiymətlərinin azalmasından narahat olan Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bir neçə ay öncə hasilatı artırmasına baxmayaraq, indi tam əksini etməyi planlaşdırır.

Bu cür dəyişiklik ABŞ prezidenti Donald Trampı qəzəbləndirə bilər. O, bazar ertəsi OPEC-i hasilatı azaltmamağa çağırıb. Hasilatı azaltmaqla OPEC həmçinin bazardakı hissəsini Birləşmiş Ştatlara itirmək riski ilə üzləşə bilər. Bu səbəbdən də bəzi mənbələr Rusiyanın bu addımı dəstəkləmək istəmədiyini bildirir. Qiymətlərdə kəskin azalma neft bazarı iştirakçılarının bir çoxunu təəccübləndirib. Brent xam neftinin qiyməti oktyabr ayında barelinə rekord 86 dollardan çərşənbə günü 66 dollara düşüb. Bundan bir neçə həftə öncə isə təhlilçilər neftin qiymətinin barelinə 100 dollar olacağını təxmin edirdi.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, danışıqların gizli keçirilməsi səbəbilə, adlarının açıqlanmasını istəməyən mənbələr bildirib ki, bazar günü Əbu Dabidə Səudiyyə Ərəbistanı, OPEC üzvü olmayan Rusiya və digər ölkələrin enerji nazirlərinin müzakirə etdiyi bir çıxış yolu gündəlik neft hasilatını 1.4 milyon barel azaltmaq olub, bu isə bütün dünyadakı tələbatın 1.4 faizini təşkil edir.

OPEC və Rusiyanın başçılığı ilə OPEC üzvü olmayan bir qrup ölkə 2017-ci ilin başlanğıcından bəri neft təchizatını azaltmaq üçün əməkdaşlıq edirdi. Lakin Trampın qiymətləri azaltmaqla bağlı təzyiqlərindən sonra onlar nefti azaltmaq sürətlərini yavaşlatdı.