Çin idxalını artırmağı planlaşdırır


Digərləri 15 Noy 2018 22:06:00 239 0

Çin idxalını artırmağı planlaşdırır

Çin növbəti on ildə idxalları artırmaq üçün istehlakçı ordusundan istifadə edəcəyini bildirib. Ölkə növbəti 15 il ərzində 45 trilyon dollar dəyərində məhsul və xidmət idxal edəcəyini vəd edib. Lakin təhlilçilər deyir ki, artan məişət borcu, tənəzzülə doğru gedən iqtisadiyyat və zəifləyən valyuta, habelə Birləşmiş Ştatlarla ticarət münaqişələri fonunda bunu etmək asan olmayacaq.

Çin uzun zamandır dünyanın ən böyük ixracatçısıdır. İndi isə dünyanın ən böyük idxalçısı olmaq arzusundadır.

Xarici mallara tətbiq olunan böyük tariflərə baxmayaraq, Çin ötən il 1.8 trilyon dollar dəyərində məhsul idxal edib. Bu isə onu 15 il ərzidə 30 trilyon dollarlıq mal idxal etmək məqsədinə yaxınlaşdırır.

Amerikanın Səsinə danışan Şanxay sakinləri idxalı təhlükəsiz ərzaqlardan tutmuş meyvə və elektronikaya kimi hər şeyin əsas mənbəyi olaraq görür.

"Bizim aldığımız idxal olunan mallar ərzaqlar və sağlam qidalardır. Biz Danimarkadan yulaf sıyığı, oyuncaqlar və süd alırıq", Şanxay sakini bildirib.

"Keçmişdə insanların idxal olunan malları almağa imkanları çatmırdı, amma maaşlar artdıqca insanlar da daha çox idxal olunan mal alır", digər bir sakin deyib.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı idxal məqsədinə çatmaq üçün yavaş, amma davamlı şəkildə inkişaf etməlidir. Bu isə getdikcə çətinləşir.