İmişlidə yol qəzası baş verib,


Digərləri 15 Noy 2018 21:27:00 275 0

İmişlidə yol qəzası baş verib,

İmişli rayonunda yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi dairəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, 1971-ci il təvəllüdlü Əhsən Çərkəz oğlu Əzizovun idarə etdiyi "Jiquli" markalı minik maşını arxadan gələn digər avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əzizov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.